Ən böyük gənclər festivalı “Yay Fest”-in 2-ci düşərgəsi başlayıb - FOTOLAR

Ən böyük gənclər festivalı “Yay Fest”-in 2-ci düşərgəsi başlayıb - FOTOLAR
GƏNCLİK
18:31 23.07.2024
6358
Azərbaycanın ən böyük və gözlənilən gənclər festivalı "Yay Fest" uğurla davam edir. Bu il də daha fərqli və daha əyləncəli formatda yenidən başlayan festivalın 2-ci düşərgəsi artıq öz işinə başlayıb.

Çadır tipli düşərgə formatında keçirilən bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda baş tutur.

"Yay Fest"-in keçirilməsində əsas məqsəd, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsi, həmçinin müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsi və sosiallaşmasına dəstək verməkdir.

Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub. 
Məlumat üçün bildirək ki, iyulun 15-dən etibarən başlayan "Birlikdə daha yaşıl gələcəyə!" şüarı altında keçirilən "Yay Fest"-in builki ilk düşərgəsi uğurla yekunlaşıb. Ötən həftə baş tutan bu düşərgə gənclər üçün unudulmaz, əyləncəli, yadda qalan və öyrədici olub. Proqramda gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyıb. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ətraf-mühitə məsuliyyətli yanaşmasını təşviq edib. Eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunub. Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, komanda işləri, hayking və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Həmçinin, düşərgə iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq, şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib. 

Qeyd edək ki, minlərlə gəncin iştirak edəcəyi "Yay Fest", gənclər üçün enerjili və dinamik bir mühit yaratmaq üçün geniş əyləncə və öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival, 2 ay boyunca davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.

"Yay Fest"-in bütün yeniliklərindən xəbərdar olmaq və maraqlı, dinamik proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün "Yay Fest”-in instagram( www.instagram.com/yayfest.az/) səhifəsini izləyin. Festivalın unudulmaz anlarını yaşamaq və növbəti düşərgələrin bir parçası olmaq üçün "Yay Fest”-ə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın!

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR