Ən böyük hüquq tələbələri təşkilatının Azərbaycan nümayəndəliyinə yeni sədri seçildi

Ən böyük hüquq tələbələri təşkilatının Azərbaycan nümayəndəliyinə yeni sədri seçildi
Bütün Xəbərlər
17:08 17.07.2012
2364
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA-European Law Students’ Association) Azərbaycan nümayəndəliyində yeni sədr seçkiləri keçirlib. Femida.az-ın məlumatına görə, ELSA-nın Nizamnaməsinə əsasən təşkilatda sədrlik müddəti bir ildir. Nizamnaməyə əsasən ELSA- nın sədri, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Elşən Bayramovun hesabat nitqi dinlənilib və ELSA-nın fəaliyyətinə yüksək qiymət verilib.ELSA sədrliyinə keçirilmiş seçkilərdə ELSA İdarə heyətinin üzvü Xanlar Ağalarov ELSA-Azərbaycanın yeni sədri seçilib.Xanlar Ağalarov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq İxtisasının 4-cü kurs tələbəsidir. Ali məktəblərə qəbul imtahanlarında 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb, ELSA-nın fəaliyyəti çəçivəsində müxtəlif layihələrin rəhbəri olub. Xanlar Ağalarovun sədrliyi ilə Azərbaycan və Avropa gəncləri arasında hüquq elminin, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına kömək etmək üçün ELSA Azərbaycanın fəaliyyətinin daha da genişlənəcəyi, layihələrin sayının eləcə də miqyasının böyüyəcəyi planlaşdırılır. Artıq bir sıra böyük layihələr üzərində işə başlanılıb. Növbəti il üçün hüquq tələbələrinin nəzəri biliklərinin möhkəmləndirilməsi üçün keçirilən akademik fəaliyyətlərlə yanaşı daha çox diqqət onların praktiki vərdişlərinin aşılanmasına dəstək göstərilməsinə yönələcək.ELSA-Azərbaycanın keçmiş sədri, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Elşən Bayramov isə Azərbaycan Hüquqşünasları Konfederasiyasının “Gənclərlə iş üzrə department”inin rəhbəri kimi fəaliyyətini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR