Ən çox təcili yardım çağırışı hansı səbəbdən edilir? – Rəsmi açıqlama

Ən çox təcili yardım çağırışı hansı səbəbdən edilir? – Rəsmi açıqlama
SOSİAL
11:51 10.07.2026
424
Qəfil yaranan sağlamlıq problemləri zamanı vətəndaşların ilk üz tutduğu ünvanlardan biri təcili tibbi yardım xidmətidir.

Hər gün müxtəlif səbəblərlə bu xidmətə minlərlə müraciət daxil olur. Bu çağırışlar arasında ən çox hansı halların üstünlük təşkil etməsi isə maraq doğuran məsələlərdəndir.
Bəs Azərbaycanda təcili tibbi yardıma ən çox hansı səbəbdən müraciət edilir?

Mövzu ilə bağlı AZXEBER.COM-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Bakı şəhəri üzrə hər gün minlərlə təcili tibbi yardım çağırışı qəbul edilir.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə gün ərzində təxminən 2000-3000 müraciət qeydə alınır".

Qurumun məlumatına görə, bu çağırışların böyük hissəsi bir neçə əsas sağlamlıq problemi ilə bağlı olur:

"Çağırışlar əsasən arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji problemlər və digər səbəblərlə əlaqədar olur".
 
Fəridə Əsədzdə
OXŞAR XƏBƏRLƏR