Enactus Dünya Kubokunda Azərbaycanı bu komanda təmsil edəcək - FOTOLAR

GƏNCLİK
22:35 26.08.2021
822
Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və "Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən "2021 Enactus Azərbaycan Milli Yarışı” yekunlaşıb.
 
25 avqust tarixində baş tutan Milli Yarışın yarımfinal mərhələsi zamanı komandaların təqdimatları münsiflər tərəfindən qiymətləndirilib və Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti  komandaları final mərhələsinə vəsiqə qazanıb.
26 avqust tarixində baş tutan final mərhələsində 4 komanda Enactus Azərbaycan İdarə Heyətinin üzvləri qarşısında layihə təqdimatlarını edib, heyət üzvləri tərəfindən ünvanlanan müvafiq sualları cavablandırıblar.
 
Qeyd edək ki, Enactus Azərbaycan idarə heyətinin sədri, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BP şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli münsiflər kürsüsündə komandaların layihələrini dəyərləndiriblər. Yekun rəyə əsasən, 124 xalla Bakı Ali Neft Məktəbi çempionatın qalibi seçilib.
 
Qalib komanda Azərbaycanı 14-21 oktyabr tarixlərində keçiriləcək Enactus Dünya Kubokunda təmsil edəcək. Münsiflər heyətinin qərarına əsasən, Sumqayıt Dövlət Universitetinin komandası 2-ci,  Azərbaycan Dövlət İqtisad Universitetinin komandası 3-cü yerə layiq görülüb. Sonda qalib gələn komandalara mükafatlar təqdim edilərək, xatirə şəkli çəkdirilib. 
 
Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirən dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir. Enactus Proqramı 1975-ci ildə ABŞ-da yaradılıb və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Enactusu Azərbaycanda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təmsil edir. Hazırda 35-ə yaxın ölkəni təmsil edən komandalar hər il keçirilən Enactus Dünya Kubokunda öz ölkələrini və universitetlərini təmsil edirlər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb