Energetika Nazirliyinin tenderi ləğv edildi

Energetika Nazirliyinin tenderi ləğv edildi
SOSİAL
18:38 29.04.2025
267

Energetika Nazirliyinin Azərbaycanda kogenerasiya sahəsində dövlət-özəl tərəfdaşlığı pilot layihəsi üzrə kompleks texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsi ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin dəyəri 326 666 manat olub.

OXŞAR XƏBƏRLƏR