Türkiyənin Diyarbəkir şəhərində baş verən yanğında 4 övladı ilə xilas olan ana Ruken Karakaş dəhşət anlarından danışıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ruken Karakaş övladlarının enerjiyə qoyduğu mobil telefonun alov alması nəticəsində çıxan yanğında tüstüdən təsirlənib.
Alovları görüb yuxudan ayılan Ruken Karakaş yanında yatan 3 uşağını çıxaran Umutu digər otaqdan çıxarmaq istəyərkən huşunu itirib.
Ana və uşağı qonşularının köməkliyi ilə çölə çıxarılıb. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Ruken Karakaş və uşaqları Səlahəddin Əyyubi Dövlət Xəstəxanasına aparılıb.
Ana və 4 övladı müalicə olunduqdan sonra evə buraxılıb.
Mikayıl