Eoruvisonla bağlı daha bir yenilik

MƏDƏNİYYƏT
10:05 19.03.2012
2666

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsi zamanı Bakıda təşkil olunacaq "EuroClub" və "EuroVillage"in yeri açıqlanıb.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, "EuroClub"un ünvanı Əl Oyunları Sarayı, "EuroVillage"in ünvanı isə Bakı Bulvar ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq. "EuroClub" Eurovision Mahnı Müsabiqəsinin əsas və əyləncə dolu məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanların vaxtlarını maraqlı keçirəcəyi şənlik və musiqili yer məhz "EuroClub"dur.

2500 kvadrat metr sahəsi olan "EuroClub" mayın 13-dən açılacaq. Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"ndan 2,5 km məsafədə yerləşəcək Bakıdakı "EuroClub"a giriş akkreditasiya və dəvətnamələrlə olacaq. Burada mayın 22 və 24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonrakı şənlik mərasimləri, DJ-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə dolu proqramlar təşkil olunacaq.

5330 kvadrat metr ərazini əhatə edəcək "EuroVillage"in rəsmi açılışı isə mayın 19-da olacaq. "Bakı Kristal Zalı"ndan 3 km məsafədə yerləşən "EuroVillage"də gündəlik şou proqramlar, müxtəlif konsertlər, Eurovision Mahnı Müsabiqəsinə aid aksessuarların satışı təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb