"Növbə ərzində 3 həkim briqadası olur və 3 təcili tibbi yardım maşını həkim komandası ilə çalışır. Çağırış olan zaman həkim briqadaları çağırışda olduğuna görə həmin ünvana gedilə bilməyib".
Bu barədə AZXEBER.COM-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, briqada gələn kimi ünvana gediləcəyi haqda vətəndaşa məlumat verilib: "Video çəkiliş zamanı təcili tibbi yardım maşınları isə həkim briqadası olmayan maşınlardır. Briqadası olan maşınlar həmin an çağırışlarda olub".