Ər arvadını qanına qəltan etdi - Azərbaycanda

SOSİAL
21:39 07.07.2019
3734
Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki,  hadisə Kolatan kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Quliyev Ramin Cəfər oğlu ailə-məişət zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü Quliyeva Elazə Şirməmməd qızını döş qəfəsinə beş dəfə bıçaq zərbəsi endirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Quliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR