Ər arvadını vəhşicəsinə döydü - Burnu sındı

Ər arvadını vəhşicəsinə döydü - Burnu sındı
SOSİAL
10:50 05.08.2017
975
Tovuz rayonunda qadın əri tərəfindən döyülüb.

"Report"un məlumatına görə, hadisə rayonun Eyyublu kəndində baş verib. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Zülfiyə Allahverən qızı Əhmədova əri tərəfindən döyülüb. Nəticədə onun burnu sınıb. 
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR