Əraqçi: İran və region ölkələri arasında etimadın bərpası mərhələsinə keçməliyik

Əraqçi: İran və region ölkələri arasında etimadın bərpası mərhələsinə keçməliyik
DÜNYA
13:02 25.07.2026
522
İranın xarici işlər naziri Abbas Əraqçi dövlət qəzetinə müsahibəsində İslamabad sazişi və bu sazişdən sonrakı proseslər barədə açıqlama verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi bildirib ki, ABŞ tərəfinin sazişdən sonra vəziyyəti yenidən gərginlik istiqamətinə yönəltmək istədiyi görünürdü. Onun sözlərinə görə, İran ABŞ-ın davranışında heç bir xoş niyyət əlaməti görməyib və Vaşinqtonun niyyətinə şübhə ilə yanaşıb. Əraqçi qeyd edib ki, ABŞ Hörmüz boğazında yeni dəniz marşrutu təqdim edir və gəmiləri ondan istifadə etməyə təşviq edirdi, halbuki həmin marşrut İranın müəyyən etdiyi marşrutla müqayisədə daha uzun, daha yavaş və daha riskli idi.

İranın xarici işlər naziri əlavə edib ki, Tehran ABŞ-a bir neçə dəfə birbaşa əlaqə kanalları və Qətər, Pakistan kimi vasitəçilər üzərindən xəbərdarlıq edib və İranın öhdəliklərinə sadiqliyini qiymətləndirmək üçün sadəcə müəyyən müddət gözləməyin kifayət olduğunu vurğulayıb.

Əraqçi daha sonra deyib ki, ABŞ öz addımları ilə gərginliyin artması istiqamətində hərəkət edib və nəticədə məhz Vaşinqton sazişi pozaraq mövcud vəziyyətə gətirib çıxarıb.

İranın xarici işlər naziri regiondakı vəziyyətə də toxunaraq bildirib: "40 günlük müharibə dövründə regiondakı və hətta ondan kənardakı ABŞ bazalarını, eləcə də ABŞ-ın hərbi obyektlərini və bazalarından başqa ərazilərə köçürülmüş ABŞ qüvvələrinin toplaşdığı məntəqələri hədəfə aldıq və hesab edirik ki, bu addım tamamilə qanuni müdafiə hüququ çərçivəsində atılıb. Biz özümüzü müdafiə edirdik və təcavüz qarşısında müdafiəyə məcbur idik. İndi də vəziyyət eynilə belədir”.

Əraqçi bildirib ki, İran region ölkələri ilə davamlı əlaqə saxlayır və onlara İranın həmin ölkələrə qarşı heç bir düşmənçiliyinin olmadığını izah edir. O, eyni zamanda 40 günlük müharibə zamanı və hətta ondan sonra bəzi ölkələrin imkanlarının ABŞ-ın ixtiyarına verilməsindən və ya Vaşinqtonun onlardan İrana qarşı istifadə etməsindən gileyləndiklərini qeyd edib.

Nazir vurğulayıb ki, hökumətlər bu vəziyyətdən razı deyil, əksinə, bəziləri hətta qəzəblənib.

Əraqçi daha sonra ümid etdiyini bildirib ki, gərginlik azaldıqdan sonra İranla region ölkələri arasında etimadın bərpası prosesi yenidən başlanacaq.

O qeyd edib: "Hər halda, biz qonşuyuq və qonşu olaraq qalacağıq. Biz bir yerdə, sakit şəraitdə yaşamağı bacarmalıyıq. İki ölkə və region ölkələri əbədi olaraq gərginlik və ixtilaf içində qala bilməz”.

İranın xarici işlər naziri regionda ortaq bir anlayışın formalaşdığını vurğulayaraq bildirib ki, təhlükəsizlik və sabitlik kollektiv şəkildə təmin olunmalıdır və xarici güclərə arxalanmaq davamlı təhlükəsizlik yarada bilməz.

Əraqçi iqtisadiyyatı təhlükəsizliyin əsas sütunlarından biri kimi dəyərləndirib və qeyd edib ki, iqtisadi inkişaf və yüksəliş olmadan davamlı təhlükəsizliyə nail olmaq mümkün deyil.

İran xarici işlər naziri "güclü region” ideyasının yenidən canlandırılmasına toxunaraq bildirib ki, İran region ölkələrinin xarici qüvvələrə arxalanmadan öz təhlükəsizlik məsələlərini özləri həll etməli olduqlarına inanır.

Əraqçi əlavə edib ki, son müharibə təcrübəsi göstərdi: ABŞ hərbi bazalarının mövcudluğu nəinki daha çox təhlükəsizlik yaratmadı, əksinə, bəzi hallarda təhlükəsizliksizlik amilinə çevrildi və həmin bazalara ev sahibliyi etməyən ölkələr daha az zərər gördülər.

O, eyni zamanda Babülməndəbdə yaranmış vəziyyəti tarixi kökləri olan, Yəmən, Səudiyyə Ərəbistanı və digər regional aktorlar arasındakı ixtilaflarla bağlı proses kimi dəyərləndirib və əlavə edib ki, Yəmən böhranı, Babülməndəb və regionun digər məsələləri üçün hərbi həll yolu yoxdur, yeganə təsirli yol dialoq və diplomatiyadır.

Əraqçi bildirib ki, Yəmən mühasirə şəraitindədir və yəmənlilərin həyata keçirdiyi addımlar, onların dediyinə görə, məhz bu mühasirəni sındırmaq məqsədi daşıyır. O qeyd edib ki, yəmənlilərin "Səudiyyə Ərəbistanı tərəfindən tətbiq edilmiş mühasirə” adlandırdıqları vəziyyətin mövcudluğu nəzərə alınarsa, Yəməndəki problemlərin kökünü İranla əlaqələndirmək düzgün deyil.

Nazir əlavə edib: "Biz konstruktiv rol oynamağa hazır olduğumuzu bəyan etmişik və Səudiyyə Ərəbistanındakı dostlarımız da bu hazırlıqdan xəbərdardırlar. Məncə, Yəmən və Səudiyyə Ərəbistanı arasında dialoq başlasa, İran da bu prosesdə müsbət və konstruktiv rol oynaya bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH