İran və ABŞ arasında texniki görüş bu həftə keçirilməyəcək.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlamasında bu həftə İran və ABŞ arasında texniki danışıqların keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib.
O bildirib ki, işçi qruplarının texniki iclaslarının bu həftə keçirilməsi planlaşdırılmayıb.
Nazir müavini qeyd edib ki, qarşı tərəfin öhdəliklərinin icrasının izlənilməsi də daxil olmaqla, Qətərlə məsləhətləşmələr davam edir.
Qəribabadi əlavə edib ki, müəyyən edilmiş işçi qrupları çərçivəsində ilk texniki danışıqlar bunun üçün zəruri şərait yarandıqdan, tarix və məkan razılaşdırıldıqdan sonra keçiriləcək. Belə ki, bu istiqamətdə məsləhətləşmələr vasitəçi ölkələr vasitəsilə davam etdirilir.
Qeyd edək ki, "Reuters" bu gün yaydığı məlumatda İslamabad memorandumunun bütün bəndləri üzrə texniki danışıqların çərşənbə axşamı Qətərin paytaxtı Dohada keçiriləcəyini iddia edib.
///APA











































