Ərdoğan: ABŞ-İsrail-İran müharibəsi regionu alova bürümədən dayandırılmalıdır

Ərdoğan: ABŞ-İsrail-İran müharibəsi regionu alova bürümədən dayandırılmalıdır
SİYASƏT
13:59 11.03.2026
141
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-İsrail-İran müharibəsinin dayandırılması üçün hələ də bir ümidin olduğunu bildirib.

Ərdoğan gərginliyin münaqişəyə çevrilməsinin qarşısını almaq, məsələnin danışıqlar yolu ilə həll olunmasını təmin etmək üçün illərdir səylər göstərdiyini qeyd edib:

"Toqquşmaların başladığı gündən bu günə qədər həm İran, həm ABŞ, həm də regionun digər əlaqədar ölkələri ilə təmaslar qurduq. Bu çərçivədə iyirmidən çox telefon danışığı apardım. Əlbəttə, hazırda da silahların susması üçün ümidimizi hələ itirməmişik. Bu müharibə böyümədən, regionu tamamilə alova bürümədən dayandırılmalıdır. Əgər diplomatiyaya imkan verilsə, bunu həyata keçirmək tamamilə mümkündür”, - Ərdoğan qeyd edib.
 
\apa
OXŞAR XƏBƏRLƏR