Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”
SİYASƏT
12:11 08.10.2020
1221

"Ermənistanın soyqırımı törətdiyi Dağlıq Qarabağ başda olmaqla, Azərbaycan torpaqlarının bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin bu soyqırımı və işğala illərdir səssiz qalmasından cəsarətlənən Ermənistan mülki əhaliyə qarşı yeni təcavüzkar hərəkətlərini davam etdirir”.

AZXEBER.COM-un "Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, buna görə də Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başlayıb və Ermənistanın quldurcasına işğal etdiyi əraziləri bir-bir geri alır: "Türkiyə bundan sonra da "Bir millət, iki dövlət” olaraq haqlı mübarizəsində Azərbaycan dövlətinin, xalqının yanındadır. Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik. Bu regional problemin həlli üçün sözdə təşəbbüslə çıxış edən dövlətlər, beynəlxalq təşkilatlar təəssüf ki, bu günə qədər problemi həll edə bilməyiblər. Bu dövlətlərin və təşkilatların davranışı Ermənistanın ərköyünləşməsinə, yeni işğal fəaliyyətlərinə başlamasına səbəb oldu. Qarabağ münaqişənin həlli üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin icra olunması lazımdır. Türk millətinə qarşı hər fürsətdə təcavüzkar və düşmən mövqe nümayiş etdirməkdən çəkinməyən Ermənistan bölgədə sülhün, sabitliyin önündə ən böyük əngəldir”.

Ərdoğan qeyd edib ki, Ermənistan regionda geniş münaqişə ocağının yaranmasında maraqlıdır: "Baş verən son proseslər kimin həqiqətən sülh tərəfdarı olduğunu göstərdi. Beynəlxalq ictimaiyyət bu həqiqətləri görərək, illərdir tətbiq etdiyi ikili standartlardan vaz keçməli və Ermənistanın Azərbaycan torpaqlarındakı mövcudluğuna son qoymalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
11:15 12.10.2026
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
10:58 12.10.2026
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
10:50 12.10.2026
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
14 yaşlı qız dəm qazından öldü
10:42 12.10.2026
14 yaşlı qız dəm qazından öldü