Ərdoğan: "Azərbaycanın millət vəkilinə təşəkkür edirəm"

Ərdoğan: "Azərbaycanın millət vəkilinə təşəkkür edirəm"
MANŞET
14:46 26.01.2018
1560

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.

Türkiyə lideri S.Seyidova qurumun qış sessiyasında "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib.

R.T.Ərdoğan yanvarın 26-da Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilat sədlərinin genişləndirilmiş toplantısında deyib: "Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi "Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".

Prezident onu da əlavə edib ki, Türkiyənin terrorizmə qarşı mübarizədə qətiyyətli olduğuna inanmayanlara "Zeytun budağı” əməliyyatı faktiki bir nümunə olar bilər: ""Bu gün əməliyyatının 7-ci günüdür və artıq 343 terrorçu zərərsizləşdirilib. Bunlar təsbit olunanlardır. Kandilə gedib orada deyilənləri qaynaq edənlərin terrora qarşı çıxış etdiklərini görmədik. Atdığımız addım haqlıdır. Biz haqq bildiyimiz yolda sonunadək gedəcəyik”.

OXŞAR XƏBƏRLƏR