Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1945-ci ildə Türkiyəyə sığınan azərbaycanlılar barədə danışıb. O, Türkiyədə akkreditə olunmuş səfirlərin iştirakı ilə keçirilən konfransda azərbaycanlıların Stalin əsgərlərinə təslim edilməsinin Türkiyə tarixinə silinməz bir acı xatirə kimi həkk olunduğunu deyib.“1945-ci ildə azərbaycanlı qardaşlarımızın Stalin əsgərlərinə təslim edilməsi təəssüf ki, tariximizdən silinməzi çətin olan bir xatirədir. Suriyada olan hadisələrə təpkisiz qalaraq bəlkə də bu günü qurtara bilirdik. Amma biz gələcək nəsillərə miras olaraq bu cür acı xatirələr qoymaq istəmirik”.