Ərdoğan: "Dünyada ticarət müharibəsi başlayıb, bu hər kəsə təsir edəcək"

Ərdoğan: "Dünyada ticarət müharibəsi başlayıb, bu hər kəsə təsir edəcək"
MANŞET
13:52 09.04.2025
1427
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu AK Partiyanın icasında çıxış edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident artıq dünyada yeni mərhələnin başladığını və qlobal siyasətin aktual olmadığını deyib.
 
O qeyd edib ki, dünya ölkələri yeni ticarət müharibəsinə başlayıb:

"Uzun illər kök salmış qlobal sistem açıq şəkildə öz kökündə çatlayır. Biz proteksionist strukturun yüksəlişini görürük. Demək olar ki, bütün dövlətlər cəmiyyətin və iqtisadiyyatın güclənməsinə yönəlmiş siyasət yürüdürlər Yeni mübarizə dövrünə hazırlıq görülür. Beynəlxalq siyasətin bütün aktorları yeni axtarışlara başlayıb. Görünür, ticarət müharibələri öz təsirini göstərəcək. Beynəlxalq ticarət müharibələri son bir həftədə yeni bir mərhələyə keçib. Böyük-kiçik hər kəsə təsir edəcək bir mübarizə dövrü başlayır".
OXŞAR XƏBƏRLƏR