Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışı vaxtı lal-kar partiya mənsubu ilə işarə dili ilə danışıb. Hadisə baş nazirin parlamentdə keçirdiyi partiyasının qrup iclasında baş verib. Məlumata görə, baş nazir gündəmdəki bəzi məsələləri şərh edərkən partiyanın üzvü olan lal-kar bir oğlan işarə dili ilə “Səni çox istəyirəm” – deyib. Ərdoğan diqqətindən yayınmayan bu hərəkətə eyni dildə qarşılıq verib. Belə ki, baş nazir Ərdoğan heç kimdən kömək istəmədən işarə dili ilə əlil partiya üzvünə, “mən də səni çox istəyirəm” – deyib.