Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi

Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi
DÜNYA
10:27 29.03.2025
468
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki aydır ölkə gündəmini zəbt edən yeniyetmənin qətli ilə bağlı onun ailəsi ilə əlaqə saxlayıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin anası Yasemin Akıncılar Minguzziyə telefonla zəng edib.

Ölkə başçısı Y. Minguzziyə cinayətkarların layiq olduqları cəzanı alması üçün prosesi yaxından izləyəcəyini bildirib:
 
"Allah səbir versin, Ahmetin məkanı cənnət olsun. Bayramdan sonra daha münasib vaxtda görüşərək dərdinizi paylaşmaq istəyirəm”.

Yasemin Minguzzi prezidentə təşəkkür edib, həmçinin hadisəni törədənlərin yetişkin kimi mühakimə olunmasını istədiyini bildirib.

Qeyd edək ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb. Bu hadisə Türkiyədə gənclərin zorakılığı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub. Hadisədən sonra Türkiyə mətbuatında mümkün cəzaların nə ola biləcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı ekspertlər şübhəlilərin 18 yaşından kiçik olmalarının ala biləcəkləri cəzanın şiddətinə təsir edəcəyini bildiriblər. Vəkillər 18 yaşından kiçik hər kəsin qanuni olaraq uşaq sayıldığını və Türkiyə qanunlarına görə cəzanın azaldılmasının məcburi olduğunu bildirib. Bu isə birmənalı qarşılanmayaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Neft Emalı Zavodunda yanğın başlayıb
09:27 18.06.2026
Neft Emalı Zavodunda yanğın başlayıb
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident
09:17 18.06.2026
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident