Ərdoğan Macarıstana gedəcək

Ərdoğan Macarıstana gedəcək
DÜNYA
16:01 20.05.2025
616
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gedəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında prezident Ərdoğanın sabah Macarıstana səfər edəcəyini açıqlayıb.

Zirvə ərəfəsində TDT Dövlət Başçıları Şurasının toplantısına qatılacaq prezident Ərdoğan, iştirakçı dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər keçirəcək.

Altun, həmçinin "Şərqlə Qərbin qovuşması” mövzusu ilə keçiriləcək Budapeşt Zirvəsi çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun gücləndirilməsi istiqamətində davam edən səylərin nəzərdən keçiriləcəyini və Budapeşt Bəyannaməsi də daxil olmaqla, müxtəlif sənəd və qərarların qəbulunun nəzərdə tutulduğunu bildirib.
 
Gülay
 

OXŞAR XƏBƏRLƏR