Ərdoğan media rəhbərləri ilə görüşdü

Ərdoğan media rəhbərləri ilə görüşdü
Bütün Xəbərlər
01:14 21.10.2011
1540

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün media quruluşlarının sahibləri və baş redaktorları ilə görüşüb.

AZXEBER.COM portalının trtazerbaycana istinadən verdiyi xəbərə görə, Baş Nazirlikdə keçirilən toplantıda baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay, Ədalət və İnkişaf Partiyası sədr müavinləri Hüseyn Çelik və Ömər Çelik də iştirak ediblər.

Ərdoğan görüşdən sonra açıqlama verib. Baş nazir media rəhbərlərinə terrorla mübarizədəki son vəziyyəti çatdırdıqlarını və onların sual, şərh, təklif və tənqidlərini dinlədiklərini söyləyib. Ərdoğan lazım gələn addımları sürətlə ataraq yeni bir proses başlatmaq istədiklərini deyib. Terrorla mübarizənin millətin iştirakıyla, uyum və koordinasiya çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulayan Ərdoğan bildirib ki, terror siyasət üstü məsələ olduğu kimi, onunla mübarizə də siyasət üstü olmalıdır.

Müxalifəti tənqid edən baş nazir "Burada rəqabət, istismar, fürsətçilik olmaz. Ancaq müxalifət partiyalarının konstruktiv həll təklifləri irəli sürmək yerinə terror aktlarına hökumətə hücum üçün fürsət kimi baxdıqlarını müşahidə edirik" deyib: "Hamımız böyük bir kədər içindəykən siyasi partiya rəhbərlərinin çıxıb eyni əzbərləri təkrar etməsi, dünənki acı hadisəni siyasi məqsədə çevirmə səyləri son dərəcə qorxuncdur. CXP sədri hücuma görə hökuməti ittiham etmək kimi asan yolu seçib. Üstəlik, hökuməti istefaya çağıraraq sanki terror təşkilatını cəsarətləndirmək və ürəkləndirmək kimi son dərəcə yanlış yola girib. 12 sentyabr referendumunun nəticəsi ortadaykən, 12 iyun seçkilərindən 4 ay keçməmiş hökuməti istefaya çağırmaq ən yumşaq ifadəylə, fürsətçilikdir".

Ərdoğan MHP-nin də yanğına körüklə getmək siyasətini davam etdirdiyini söyləyib. Barış və Demokratiya Partiyasına gəlincə, baş nazir bu təşkilatın qanlı olayı qınama cəsarəti belə göstərmədiyini vurğulayıb: "Üzüntülüyük, üzüntü duyuruq kimi ifadələrlə kimi aldadırsınız? Gənclərin ölümü qarşısında əllərini ovuşduranlar uduzmağa məhkumdurlar. İllərdir demokratiya deyirlər. Terror təşkilatı tərəfindən susdurulan, sindirilən sənətçilərə bunu izah etsinlər. Qanla arasına məsafə qoya bilməyənlər əllərindəki, üzlərindəki o qan ləkəsini təmizləyə bilməzlər. BDP-yə könül vermiş qardaşlarıma səslənirəm, dağdakı militanların ölməyə və öldürülməyə proqramlanmış robotlara çevrildiyini görün. Terror təşkilatı intihar edir. Təşkilar özü bitərkən militanlarını da dağa ölümə göndərir".

Baş nazir sənətçiləri, qeyri-hökumət təşkilatlarını səslərini cəsarətlə yüksəltməyə çağırıb: "Susmaq təsdiqləməkdir. Haqsızlıq qarşısında susan dilsiz şeytandır".

Ərdoğan indiki mərhələlə medianın rolunun hər zamandakından daha çox əhəmiyyət daşıdığını söyləyib: "Mediamız terror qarşısında məsuliyyətli yayımçılıq anlayışı ilə hərəkət edir. Ancaq qarşıdakı həssas mərhələdə daha diqqətli olmaq lazımdır. Terror təşkilatı 3 insanın, 5 insanın qətl edilməsindən çox bütün Türkiyəyə qorxu salmaq məqsədi güdür. Medianın terrorun təbliğatını aparmaması məsələsi dəyərləndirildi. Əlbəttə, bir müdaxilə arzusu içində deyilik. Biz avtokontrol yoluyla medianın milli duruş nümayiş etdirməsinin mübarizəyə güc qazandıracağına inanırıq. Şəhidlərin başında ağlayan ana görüntülərini təkrar-təkrar yayımlamaq terror təşkilatından başqa kimsəni sevindirməz. Toqquşma dilini körükləyən üslub kimsəyə xidmət etməz. Mediamız bu məsələdə həqiqətən həssas mövqe nümayiş etdirdi. Biz də bu həssaslığın artması üçün təkliflərimizi təkrarladıq".

Baş nazir Türkiyənin səbrə ehtiyac olan bir mərhələdən keçdiyini söyləyib: "Hər zamankından daha çox birlik və bərabərliyə ehtiyac duyulan bir mərhələdən keçirik. Qazanan biz olacağıq. Qazanan millət olacaq. Qazanan Türkiyə olacaq. Millət düşmənləri bu günə qədər necə uduzdusa, bundan sonra da uduzmağa məhkumdurlar".

Ərdoğan çıxışından sonra sualları da cavablandırıb.

Baş nazir quru hərəkatının sərhədləri ilə bağlı sualın cavabında detallara girmək istəmədiyini deyib: "Bu hərəkat nəticə almağın bir adıdır. Onun üçün başladılıb. Silahlı Qüvvələrin saytında da xəbəri var. Bu əməliyyatla müəyyənləşən koordinatlarda ilk addım atılıb".

Bərzani ilə görüş məsələsinə dair suala cavab olaraq Ərdoğan Türkiyənin bu mərhələdəki addımlarının ortada olduğunu və bu qərarlılıqla müzakirələrin davam etdiyini deyib: "Məsud Bərzani ilə görüşümüzdə də bundan bəhs etdik. Bu gün Nəçrivan Bərzani ilə görüşəcəyəm. Sonra da Məsud Bərzani gələcək, bu məsələləri müzakirə edəcəyik. Çünki bu proses yalnız Türkiyəyə qarşı deyil. Bu atılan güllələr türk-kürd qardaşlığına qarşıdır".

İraqda tampon bölgə məsələsinə də toxunan Ərdoğan bunun yanlış olduğunu deyib: "Mən birlikdən danışıram. İraqla bərabər aparılacaq əməliyyatdan danışıram. Daha əvvəl qurulmuş üçtərəfli mexanizmimiz var. Bunlar da dövriyyədədir. Obama ilə də bunu müzakirə etdik. Üçtərəfli mexanizm davam etməkdədir. Türkiyə də buradakı qərarlılığını davam etdirməkdədir".

Türkiyənin son 9-10 il içərisində istər demokratiya, istərsə də iqtisadiyyatda çox fərqli bir mərhələdən keçdiyini deyən Ərdoğan bu proseslərin daxildə və xaricdə bəzi qüvvələri narahat etdiyini bildirib: "Türkiyənin gəldiyi nöqtəni həzm edə bilməyənlər var. Türkiyənin belə bir gücə nail olmasını həzm edə bilməyənlər "Əcaba, içəridə necə parçalaya bilərik" səyləri göstərirlər. Bu gün Avropada əlini-qolunu sallayaraq gəzən PKK rəhbərləri var. Təəssüf ki, avropalı dostlarımız onları içlərində saxlayırlar. Müştərək iş aparmırlar. Bizim də bundan sonra mövqeyimiz fərqli olacaq".

OXŞAR XƏBƏRLƏR