Ərdoğan Məhəmməd Peyğəmbərin tellərini hədiyyə etdi

Ərdoğan Məhəmməd Peyğəmbərin tellərini hədiyyə etdi
Bütün Xəbərlər
14:23 03.02.2012
2571

Türkiyə baş naziri çeçenlərə qiymətsiz həddiyə verib

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ötən gün Məhəmməd Peyğəmbərin (s.ə.s) üç telini Çeçenistana göndərib. Peyğəmbərin (s.ə.s) tellərini ötən gün İstanbuldan Qroznıya aparıblar. Türkiyədəki “Sivas” Çeçen komitəsinin sədri Ayxan Ərgüvənın sözlərinə görə, “Çeçenistanın Türkiyədəki diasporası Ərdoğana bu haqda müraciət edib. "Bir ay ərzində biz müsbət cavab aldıq və bu gün qiymətsiz hədiyyəni Qroznıya gətiririk”. Başda Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov olmaqla insanlar hava limanına və şəhərin küçələrinə axışıblar. Respublikanın mərkəzi məscidində isə bu hadisəyə həsr olunmuş dini mərasim təşkil edilib. Xatırladaq ki, yanvarın 26-da Özbəkistdan Çeçenistana əbədi olaraq Məhəmməd Peyğəmbərin (s.ə.s) saçları gətirilmişdi.

OXŞAR XƏBƏRLƏR