AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüşün müzakirə mövzuları barədə hələ məlumat verilməsə də, iştirakçılar açıqlanıb.
"Görüşdə vitse-prezident Cövdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat iştirak ediblər", - məlumatda deyilir.
Xatırladaq ki, əvvəllər Venesuelanın vitse-prezidenti vəzifəsində çalışmış Rodriqes rəsmi and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı kimi vəzifəsinin icrasına başlayıb.
Yanvarın 3-də Tramp ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını qeyd edib.
İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, hələ də ölkəsinin prezidentidir. Amerika məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verib.











































