Ərdoğan: "Nikola Sarkozi bunu bilmirsə, atasından soruşsun”.
Bütün Xəbərlər
17:28 23.12.2011
2390
“Fransanın Əlcəzairdə törətdiyi soyqırımıdır, Nikola Sarkozi bunu bilmirsə, atasından soruşsun”.Bunu Türkiyənin baş naziri Rəcb Tayyib Ərdoğan “Müsəlman Toplumlarda Dəyişiklik və Qadınların Rolu” mövzusunda keçirilən konfransda söyləyib. Türkiyənin baş naziri qeyd edib ki, 1945-ci ildə Əlcəzair əhalisinin 15 faizi fransızların qətliamına məruz qalıb: “Nikola Sarkozinin atası da 1940-cı illərdə Əlcəzairdəki fransız legionunun əsgəri olub. Əminəm ki, oğluna Əlcəzairdəki qətliamla bağlı söyləyəcəyi sözləri var”. Rəcəb Tayyib Ərdoğan deyib ki, Fransa prezidenti Nikola Sarkozinin babası da İspaniyadan qaçıb, Osmanlıya sığınıb, daha sonra isə Fransaya köçüb: “İspaniyadan qaçaraq, Osmanlıya sığınan yəhudilər bu gün Yunanıstanın ərazisində olan Selanikə yerləşdiriliblər. Selanik Osmanlının tərkibindən çıxdıqdan sonra 1904-cü ildə Nikola Sarkozinin babası Benedikt Malla oradan Fransaya köçüb. Nikola Sarkozi Türkiyənin tarixində soyqırım tapa bilməz. Nikola Sarkozi öz ailəsinə baxarsa, orada türklərin yardımından və xeyirxahlığından başqa heç bir şey görməz”.