Ərdoğan növbəti seçkilərdə namizəd olmayacaq

Ərdoğan növbəti seçkilərdə namizəd olmayacaq
DÜNYA
16:19 22.05.2025
513
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını açıqlayıb.

Bu barədə o, Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə danışıb.

"Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir qayğım yoxdur", - Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə artıq çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı bir konstitusiyaya ehtiyac var.
OXŞAR XƏBƏRLƏR