Ərdoğan Obama ilə görüşdü

Ərdoğan Obama ilə görüşdü
Bütün Xəbərlər
14:30 25.03.2012
1544

Suriya və terrorla mübarizə məsələləri müzakirə edilib

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamayla görüşüb. Görüş Cənubi Koreyanın paytaxtı Seulda keçirilib.

1,5 saata yaxın davam edən görüşdə xarici işlər naziri Əhməd Davudoğlu, Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik, MİT rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Hulusi Akar da iştirak edib.

Görüşdən sonra iki lider birgə mətbuat konfransı keçirib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan çox məhsuldar toplantı olduğunu, əsasən Suriya məsələsini müzakirə etdiklərini söyləyib: "910 kilometr sərhədimiz olan qonşumuzdakı hadisələr can yandırır. İndiyə qədər ən mühüm köç mərkəzinə çevrilmişik. Hazırda qaçqınların sayı 17 mini keçib. Bombardman nəticəsində ölənlərin sayı hər gün artır. Buna müşahidəçi gözlə baxmaq, müdaxilə etməmək mümkün deyil. Burada lazım olanı beynəlxalq hüquq çərçivəsində etməyə çalışırıq, edəcəyik. Fikirlərimizin üst-üstə düşməsi də bizi məmnun etdi".

Ərdoğan görüşdə terrorla mübarizənin də gündəliyə gəldiyini deyib və Vaşinqtonun bu məsələdə Türkiyənin yanında olduğunu bildirib.

Obama da Türkiyə ilə ortaq nöqtədə olmaqdan məmnun olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR