Ərdoğan: “Rusiya ilə münasibətlərimizi daha yüksək səviyyəyə çatdıracağıq"

Ərdoğan: “Rusiya ilə münasibətlərimizi daha yüksək səviyyəyə çatdıracağıq"
DÜNYA
01:47 02.10.2016
1650
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək ("Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.
 
APA-nın xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.
 
"Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik”, - deyə Ərdoğan qeyd edib.
OXŞAR XƏBƏRLƏR