Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək ("Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.
APA-nın xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.