Ərdoğan Təhlükəsizlik Şurasını toplayır - Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

Ərdoğan Təhlükəsizlik Şurasını toplayır - Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq
SİYASƏT
16:59 27.09.2023
304
Sabah, sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb. Qeyd edilib ki, iclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.
 
Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin "Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.
OXŞAR XƏBƏRLƏR