Ərdoğan Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib

Ərdoğan Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib
DÜNYA
19:44 03.10.2026
161
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb.

AZXEBER.COM xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:

"Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imkan verən Naxçıvan Sazişinin 17-ci ildönümü və Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə ürəkdən təbriklərimi bildirirəm. "Dildə, fikirdə, işdə birlik" şüarı ilə addım atdığımız bu qardaşlıq yolunda birliyimizin, bərabərliyimizin və həmrəyliyimizin əbədi və davamlı olmasını arzu edirəm".


OXŞAR XƏBƏRLƏR