Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin futbolçuları ilə danışıb.
AZXEBER.COM xəbər verir ki, Avropa Çempionatının seçmə mərhələsinin D qrupunun son matçında Uelslə 1-1 bərabərə qalan Türkiyə Almaniyada keçiriləcək finala qrup lideri kimi qatılmaq hüququ qazanıb.
Ərdoğan Gənclər və İdman Naziri Osman Aşkın Bakın telefonu ilə milli komandanın baş məşqçisi Vinçenzo Montella və türk futbolçularla danışıb.
Ərdoğan millinin zədəli qapıçısı Uğurcan Çakırın vəziyyəti ilə də bağlı maraqlanıb.
Montellanı təbrik edən Ərdoğan deyib:
"Almaniyada keçiriləcək çempionata qrup lideri olaraq getmək imkanımız oldu. Biz də gedəcəyik. Onsuz da Almaniyada öz meydanımızda oynayırıq".
Günel