Ərdoğan: “Ukrayna ilə birgə terror təşkilatlarına qarşı mübarizəmizi artıracağıq”

DÜNYA
22:50 16.10.2020
578
"Bu gün Türkiyə və Ukrayna arasında əməkdaşlığımıza dair həm təkbətək, həm də heyətlərarası önəmli görüşümüz oldu. Xüsusilə, FETÖ və digər terror təşkilatlarına qarşı birgə mübarizəmizi artırmaq istiqamətində razılığa gəldik”. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə İstanbulda görüşdükdən sonra keçirilən mətbuat konfransında belə deyib.   

R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynanı regionda sülh, rifah və təhlükəsizliyin təminində açar ölkə olaraq görür.

Türkiyə Prezidenti Ukraynanın ərazi bütövlüyünü Krım daxil hər zaman dəstəklədiklərini vurğulayıb: "Türkiyə Krımın qanunsuz işğalını tanımır, Krım türklərinə Ukraynanın yüksək dairələri ilə birgə dəstəyimiz davam edəcək”. 

"Heç bir virus aramızdakı dostluğa əngəl ola bilməz” deyən V.Zelenski isə Türkiyə ilə Ukrayna arasında strateji, eləcə də qarşılıqlı maraqların olduğu bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib: "BMT-nin 75-ci dönəm çərçivəsində işğal altındakı Krımda insan haqlarının müdafiəsini  təmin etmək üçün yaxın əməkdaşlıq edəcəyik. Türkiyəni krımlıların hüquqlarını qorumaq üçün Krım layihəsinə dəvət etdim. Bu layihəni dəstəklədiyiniz üçün minnətdaram. Bu gün biz Donbasdakı çətin vəziyyəti müzakirə etdik. Böhranı aradan qaldırmaq  və sülhü bərqərar etmək üçün yeganə yolun diplomatik danışıqlar olduğu qərarına gəldik”.
 
///APA

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib