Ərdoğan və Baxçalı arasında tarixi görüş

Ərdoğan və Baxçalı arasında tarixi görüş
DÜNYA
21:20 10.01.2018
1627
Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında görüş keçirilib.
 
Anadolu agentliyindən verilən xəbərə görə, iki partiya lideri parlament və prezident seçkilərinə 1 ildən artıq vaxt qalmasına baxmayaraq görüş təşkil edərək ilkə imza atıblar.
 
35 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.
 
Qeyd edək ki, Baxçalı bir neçə gün öncə açıqlamasında prezident seçkilərində namizədliyini verməyəcəyini və Ərdoğanı dəstəkləyəcəyini bildirmişdi.
 
qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR