Ərdoğanla birlikdə bəzi nazirlər və millət vəkilləri də Vana yollanıb. Baş nazir müavini Bəşir Atalay isə “Bütün bölmələri hərəkətə keçirdik. Vanda böhran mərkəzi təşkil etdik. Dövlət bütün imkanlarını səfərbər edib”, - deyə bildirib. Ölkənin fövqəladə hallar şurası Vanda toplanacaq.
CHP lideri Kemal Kılıçdaroğlu da Vana yola düşüb.
Xatırladaq ki, Türkiyədə Rixter cədvəli ilə 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Van şəhərindən 30 km şərqdə qeydə alınıb. Zəlzələ nəticəsində Vanın mərkəzində yeddimərtəbəli bina uçub, qalıqlar altında insanlar var.