"Bu mənfur hücumu lənətləyirəm"
AZXEBER.COM-un məlumatına görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Suriyada yaşanan qətliamla bağlı açıqlama verib.
"Fatih layihəsi"nin məktəblərdə tətbiq olunmasıyla bağlı Səbahəddin Zaim Anadolu Liseyindəki tədbirdə çıxış edən Ərdoğan Suriyadakı qətliama toxunub: "Qonşu ölkədə qardaş xalqa qarşı qanlı və mənfur hücumu televiziya kanallarından izlədik. Bu mənfur hücumları hiddətlə qınayır, lənətləyirəm. Buradan bütün Suriya xalqına, bütün qardaşlarımıza, bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Suriya xalqına başsağlığı verirəm".
Ərdoğan partiyasının sabahkı fraksiya toplantısında bu məsələyə geniş şəkildə toxunacağını deyib.