Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ANS telekanalına müsahibə verib. AZXEBER.COM həmin müsahibəni təqdim edir:ANS:Cənab baş nazir Fransa məlum qanun layihəsini qəbul etdi. Sizcə bu layihənin qəbulu seçkiqabağı kampaniyadır, yoxsa erməni diasporunun gücü?Rəcəb Tayyib Ərdoğan:Əvvəlcə Fransa prezidenti Sarkozi bildiyniz kimi bir müddət əvvəl Ermənistana səfər etmişdi. Bu Ermənistan səfərində Türkiyə əleyhinə açıqlamalar verdi və bu açıqlamalarının yanında da onsuzda Fransada bu dəfə parlament və senatında nə edilcəyəni ortaya qoydular. Və buna görə kompaniyanı elə ordan da başladılar. Bu əslində bir seçki kompaniyasıdır. Məlumdur ki, mayda Fransada prezident seçkiləri olacaq və bu seçkilərdə Sarkozi ya qalacaq ya da gedəcək. İtirərsə buraxacağını deyir. İndi də araşdırmalar göstərir ki, ana müxalifətin ilideri olan Holand öndə gedir. Sarkozi təssüf ki, ermənilərlə olan münasibətlərində səmimi davranmadı. Düz davranmadı. Əslində Sarkozi tərəf olduğunu ortaya qoydu. Bu dəqiqə Sarkozi, Fransa Minsk qrupunda yer alırmı? Alır. Amerika, Rusiya və Fransa. İndi burda xüsusilə Sarkozi erməni ilə bağlı ortaya qoyduğu mövqey ilə tərəf olduğunu açıq olaraq isbat etdi. Minsk qrupu içərisindən bu vəsiləylə Fransanın artıq çıxması lazımdı. Fransa sadəcə Türkiyəyə qarşı belə bir addım atmayıb. Eyni zamanda da Dağlıq Qarabağ mövzusunda da tərəf olduğunu ortaya qoymaq sürətilə orada da Fransanın hər hansı bir tavrına və düşüncəsinə və oradakı hakimliyyinə güvənmək olmaz. Burda xüsusi ilə Azərbaycan rəhbərliyinin və azərbaycanlı qardaşlarımın da diqqətli olması lazımdır. Təbii məclislərdən səsvermələr verilərək keçdi. Və ardından da sağ olsun fransanın keçmişidən bu gününə qədər xüsusilə fikir azadlığı baxımından atılan addımlar var. Bütün bu addamlar nəticəsində bu günə qədər Fransanın etmədiyini Sarkozi iqtidarı ortaya qoymuş oldu. Bu tələyə düşməyən millət vəkilləri çıxdı ortaya. Senatorlar çıxdı ortaya. Bunlar edilən səsvermələr nəticəsində işi ali məhkəməyə göndərməyi qərara aldılar. Ali məhkmə bir dəfə bu işə normalda keçmişə görə isti baxmadı. Arzu edirik ki. Bu məsələ qısa zamanda verəcəkləri qərarlarla Fransanın keçmişinə, Avropa Birliyinin siyasətinə uyğun verəcəkləri qərarla bu səhv düzəldilsin.ANS:Siz Türkiyə olaraq Fransanın ATƏT-in Mins qrupunun həmsədrliyindən geri çəkilməsini tələb edirsiniz. Bu baş versə regionun perespektivi necə olacaq?Rəcəb Tayyib Ərdoğan:Bu anda Fransanın burdan çəkiləcəyi təqdirdə bu işin hakimliyini Amerika və Rusiya edəcək. Təbii burada işin nəhayətində BMT Təhlükəsizlik Şurasının da məsələyə müdaxilə etməsi ilə illərdən bəri uzanan bu mövzu ilə bağlı bir qərara gəlinməlidir. Arzu edirik ki, burada da bir an öncə qərara gələcəyi təqdirdə ABŞ, Rusiya mütləq 3-cü ölkə olması da lazımdırsa 3-cü ölkə tapıla bilər. 3-cü ölkə tapılmaq sürəti ilə qərara gəlmək lazımdı. Çünki Azərbaycana bu qədər iztirab çəkdirməyə kimsənin haqqı yoxdur. Naxçıvan bir tərəfdə Azərbaycan bir tərəfdə. Dağlıq Qarabağ bir tərfdə. Onlar hamısı bu dəqiqə veriləcək qərarı gözləyirlər. Verilə biləcək qərar isə yoxdu. Arzu edirik ki, bu qərarlar verilmiş olsun və beləcə də bölgədəkui sıxıntı da geridə qalmış olsun.ANS:Türkiyə Ermənistana qarşı niyə bu qədər dözüm nüçmayiş etdirir? Çünki Ermənistan Türkiyəyə qarşı çox ədalətsiz mövqe tutur. Digər tərəfdən də qondarma soyqırımını bütün dünyaya tanıtmaq üçün əlindən gələni edir. Bu il də 100 illiyini keçirməyə hazırlaşırlar. Çox güman ki, bunu ABŞ-da da qəbul etdirmək üçün əllərindən gələni edəcəklər. Türkiyə bunun qarşısını necə alacaq?Rəcəb Tayyib Ərdoğan:Onlar təbii işlərini görəcəklər. Bizdə onsuz da bu mövzuda işlərimizi görürük. Biz dünyadakı erməni diasporasının iddialarını qəbul etmirik. Biz deyirik ki, baxın bizim bütün arxivlərimiz açdıq. Gəlsinlər tarixçilər və hüquqşünaslar araşdırmalarını etsinlər. Öz arxivləridə varsa onları da açsınlar. 3-cü ölkələrdə də varsa onlar da açsınlar. Bu işin qərarını parlamentlərdə siyasətçilər deyil tarixçilərin edəcəyi hazırlıqlar üzərindən siyasilər verər. Tarixçilər işləsinlər. Bunlar siyasətçilərə tarix yazdırırlar. Siyasətçilər tarix yazmazlar. Onlar tarixçilərin araşdırmaları üzərindən qərarlarını verərlər. Biz parlamentlərin işlərinin də məhz bu olduğunu bilirik. Bu olduğuna inanırıq. Demokratik dəyərlərdə də bu onsuz da belədir. Başqa cür olmaz.ANS:Əslində Türkiyə də Ermənistana qarşı soyqırımı iddiası ilə çıxış edə bilər. Arxivlər açıqdır. Siz bunu dəfələrlə demisiniz. Amma çox uzağa getmək lazım deyil. Sadəcə 20 il əvvəl baş vermiş Xocalı soyqırımı ki, bununla bağlı video-görüntülər, fotoşəkillər, hətta şahidlər var. Bu soyqırımını tanıdaraq Türkiyə Ermənistana qarşı adevkat addım ata bilər?Rəcəb Tayyib Ərdoğan:Bunların atılmaması mövzu deyil. Onsuz da Xocalı qətliamı hər zaman bizim gündəmimizdədir. Hər zaman bunları müzkirə edirik. Bununla bağıl siyasi qərar verilməsi lazımdırsa bu məsələdə də Türkiyənin işi çətin deyil. Bunları rahatlıqla verə bilərik. Bütün məsələ oturub yol xəritəsini cızarıq və yol xəritəsini cızdıqdan sonra da bu addımları rahatlıqla atılar.ANS:Azərbaycanda bu sual çox soruşulur?Rəcəb Tayyib Ərdoğan:Rahatlıqla bunlar aşıla bilər. Bunlar bizim üçün çətin məsələ deyil.ANS:Azərbaycan dövləti və xalqının Türkiyə və Fransa münasibətlərindəki sərtləşmədə tutduğu mövqe sizi qane edir? Rəsmi Bakı bundan artıq nəsə edə bilərdi? Sizin gözlədiyiniz nə idi?Rəcəb Tayyib Ərdoğan:Təbii azərbaycanlı qardaşlarımız istər Fransada istərsə də Azərbaycanda əllərindən gələni ortaya qoydular. Edə biləcəklərini gördüyümüz qədər və təqib etdiyimiz qədər də etdilər. Təbii daha çox nələrsə etmək olar. Çünki görüləcək işlərin sərhəddi yoxdur. Ola bilər ki, biz də bəlkə görəcəyimiz işlərin hamısını görə bilərik. Ola bilər bizlər də daha çox şeylər edə bilərik. Bunun üçün təbii qarşıdakı zamanda çox fərqli işlər görməliyk. Çox da böyük çalışmalar içindəyik. Amma mənim deyəcəyim budur. Türkiyə və Azərbaycan sadəcə bu mövzuda deyil bütün mövzularda bu həmrəyliyi, bu bir birimizə olan dəstəklərimizi davam etdirməyimiz lazımdır və bunlardan heç geriyə addım atmamlıyıq.ANS:Fransanın bu addımı Türkiyə - Ermənistan münasibətlərinə necə təsir göstərəcək? Sürih protokolları olduğu yerdə qalacaq, yoxsa daha irəliyə gedə bilərmi?Rəcəb Tayyib Ərdoğan:İndi bizim bəzi sanksiyalarımız var. Təbii biz Konstitusiya şurasının (Anayasa konseyi) cavabını gözləyirik. Çıxacaq qərardan sonra təkrar durumu dəyərləndirəcəyik. Və bundan sonrada addımlarımızı atacağıq.ANS:Türkiyə ilə Azərbaycan stratejik müttəfiqdirlər. Bu ölkənin baş naziri kimi Azərbaycana səfər edəcəyiniz xəbərini aldıq. Hansı məsələləri müzakirə edəcəksiniz?Rəcəb Tayyib Ərdoğan:Əvvəlcə gəlmə tarixini bir dəqiqləşdirək. O tarixə qədər daha çox şeylər dəyişə bilir. Ona görə təbii yola çıxdığımızda başda Türkiyə Azərbaycan arasında ikili münasibətlər olmaqla təbii ki, bölgədə baş verənlər xüsusilədə ən vacibi enerji mövzusu bölgədə Türkiyə Azərbaycan arasında ən vacibidir. Bunu ətraflı müzakirə etmək fürsətimiz olacaq. Fəqət bir də bizim İlham qardaşımla (Azərbaycan prezidenti İlham Əliyev) aramızda məsafə yoxdu. O istədiyində mənə zəng edir və telefonlarımız anında açılır. Mən istədiyimdə anında açılır və biz telefonla əlaqə qururuq. Amma bir araya gəlib danışmağımız çox fərqli olur, gözlə və yaxşı olur.ANS:Bu sualı həm də ona görə verirrəm ki, ölkələrimiz strateji müttəfiqlərdir. Bu məsələ də strateji bir mövzudur. Türkiyə ilə Azərbaycanın bundan da vacib müzakirə edəcəyi hansı məsələ ola bilər ki?Rəcəb Tayyib Ərdoğan:Bir az əvvəl ifadə etdiyim kimi bu strateji əlaqələrin içində bölgədə xüsusən də Yaxın Şərqdə çox maraqlı hadisələr var. Bunları da təbii geniş bir formada müzakirə etməyimiz lazımdı. Məlum, terrorla bağlı bölgədə sıxıntılar var. Bunları bizim davamlı olaraq müzakirə etməyimiz lazımdı. Amma dediyim kimi bizim siyasi, hərbi, iqtisadi, ticari və mədəniyyət sahəsində bütün sahələrdə xarici siyasətdə bu məsəlləri dəyərləndirməyimiz lazımdı. Bunları İnşallah qardaşımla təkrar müzakirə edərik.ANS:Türkiyə ilə Azərbaycan arasındakı qaz məsələsi tamamilə həllini tapdı deyə bilərikmi?Rəcəb Tayyib Ərdoğan:Bizim o mövzuda aramızda problem yoxdu. Bizim qarşımızda olan ən vacib məsələ artacaq olan Azərbaycan təbii qazının Avropaya gedişidir. Bunun yanında təbii Azərbaycanın İzmirdəki layihələri çox böyük məsələdir. Orda çox ciddi bir layihənin içindədi Azərbaycan. Və İlham qardaşımla bərabər orda təməl atıb açılış etdik. Orda bir şəhər var. Limanları ilə hər şeyi ilə. Və bu şəhərin sahibi SOCAR və Azərbaycandır. Beləcə təbii aramızdakı körpü bağlarında önəmli bir yatırımdır. Bu sürətlə inkişaf edir və buna dəstək olacaq xətt var. Bunun üçün də Azərbaycanda çıxarılacaq olacaq qazla bu xətti də çəkmiş olacağıq. Bu mövzu ilə bağlı olaraq görüşləri nazirliklər arasında dostlarımız yürütürlər. Və aramızda bizim bu mövzuda problemimiz yoxdur.ANS:İran ətrafında çox ciddi məsələlər cbaş verir. Bu məsələdə Avropa və ABŞ-la ortaq nöqtəyə gələ bilirsinizmi?Rəcəb Tayyib Ərdoğan:Gəldiyimz və gələmədiyimiz nöqtələr var. Məsələn biz nüvə silahı mövzusunda ABŞ-la fərqli bir nöqtədəyik. Biz Braziliya, Türkiyə olaraq bu mövzuda BMT Təhlükəsizlik Şurasının aldığı qərara fərqli yanaşırıq. Çünki bizim ABŞ-la etdiymiz görüşlər içində İrana biz sözləşmə mətni göndərdik. Və sözləşmə içində də hərəkət etdik. İrandan da bunun sözünü aldıq. Və uran zənginləşdirilməsində də xaricdən alma mövzusunda söz aldıq və bu işləri Türkiyədə görmək olar vədini aldıq. Bizdən istənilən bunlar idi. Amma buna baxmayaraq təssüf ki, BMT Təhlükəsizlik Şurasından belə bir qərar çıxdı. Təbii orda biz tərs düşdük. Bundan sonrakı müddətdə də bəzi addımlar atılır. Amma bunların bəziləri var ki, Türkiyənin xaricində olması gərəkən, Türkiyənin xaricində atılması gərəkən addımlardır. Və biz təbii bu addımların hamısını onlar elə istəyir deyə etmək məcburiyyətində deyilik. Çünki bu bölgə artıq çox yoruldu. Bir gərginlik var. Bu gərginlikdən də qurtarmağımız lazımdı. Ona görə də sülh yollarını axtarmaqda məcburuq deyə düşünürəm.ANS:Türkiyə həqiqətən öz çiyninə ağır bir yük götürüb. Bir tərəfdən regionda baş verən siyasi hadisələr, bir tərəfdən də İran Suriyada baş verənlərə görə Türkiyəni itham edir. Niyə məhz Türkiyə? Axı Türkiyə bu problemləri həll etməyə çalışır.Rəcəb Tayyib Ərdoğan:Son zamanlar xüsusən də Suriyada meydana gələn hadisələrə baxdığımız zaman bizim Suriya rəhbərliyi ilə dostluğumuz bəllidir. Ancaq Bəşər Əsəd bu dostluğun qiymətini bilmədi. Bu anda ordakı vətəndaşını, xalqını və qardaşlarımızı tank və toplarla, hələ müqəddəs Əhya gecəsində məscidləri bombalayaraq şəhid etdilər. 300-dən artıq ordakı qardaşımız şəhid oldu. Bu ana qədər şəhid sayı 7 min keçdi. Belə bir vəziyyətdə artıq Suriya xalqının bu hakimyyətə etibarı qalmayıb. İnanmırlar. Bəşər Əsəd bu hakimyyətini qəti olaraq buraxmalıdır. Artıq bu nöqtəyə gəliblər. Bunun başqa çarəsi yoxdu və bu hakimyyətdə qala da bilməz. Əgər indi deyirsə ki Rusiya və İran qalmağımı istəyir, heç bir zaman rəhbərliklər öz xalqları ilə tərs düşdükləri müddətdə orda qala bilməzlər. Və islahatlar barədə verdiyi vədlərin heç birini etməyib. Bu mövzuda da düz davranmır. Bunu əslində Rusiya da bilir. İran da bilir. Bildikləri halda təssüf ki, burda törədilən insanlıqdan kənar vəhşiliyə göz yumurlar. 7-dən 70-ə insanlar öldürülür, uşaqlar öldürülür. Qadınlar şəhid edilir. Bütün bunlar bilindiyi və görüldüyü halda bunlara səssiz qalırlar. Liviya modelini ortaya qoyurlar. Orda fərqli bir hadisədir. Suriya fərqlidir. Hər ölkəni öz şərtləri içində dəyərləndirmək lazımdır. Amma burada lazım olan işi Rusiyanın və İranın da etməsi lazımdır. Bunların hər ikisi ilə görüşlərimiz olur. Biz Türkiyə olaraq görüşlərimizi başlatmışıq. Davam edirik və bu belə də gedərsə daha da artacaqdır. Təbii ki, İranda da bəzi bənzər hadisələr olur. Orda da baxırsanki öz baş nazirinin köməkçisinə, maliyyə nazirinə , prezidentin birinci köməkçisinə, onların qaldığı evin qarşısına tanklar gətirilir və ordan tankın lülələri onlara istiqamətləndirilərək psixoloji bir müharibə edirlər. Və bunlar eyni zamanda öz ölkəlirin ortağıdır. Öz ölkəsinin ortağına bir baş nazir bunları edərmi? Belə bir siyasət olarmı? Yəni bunlar siyasəti bilmirlər? Və Türkiyə bizim daxili işlərimizə qarşmasın deyirlər. Türkiyə sənin daxili işlərinə qarışmır. Sənin daxili işlərinə qarışanlar başqa ölkələrdir. Və illərdir sənin daxili işlərinə qarışdılar və orada 100 minlərlə insan öldürüldü və sənin səsin çıxmadı. İndi qalxıb Türkiyə mənim daxili işimə qarışır deyə söz atırlar. Belə şey ola bilərmi? Bunu özləri ilə də danışdıq. Mən təbii azərbaycanlı qardaşlarımın da bunları bilməsndə fayda görürüəm. Və biz bu günə qədər İraqın daxili işlərinə qarışmadığımız kimi onun tez bir zamanda ayağa qalxması üçün əlimizdən gələn dəstəyi verdik. Onlarla yüksək əməkdaşlıq anlaşmaları imzaladıq və istədik ki, İraqın öz ərazi bütövlüyü içində məhzəb və etnik ayrıseçkilik olmasın. İraqlılıq düşüncəsi içində hamısı bir biri ilə əl-ələ verib və iraqı ayağa qaldırsınlar. Amma bunu anlamadı və anlamaq istəmədi.ANS:Mən indi dünyanın ən güclü liderindən müsahibə götürürəm bu da bir şansdır. Son olaraq siz nə demək istəyərdiniz?Rəcəb Tayyib Ərdoğan:Mən xüsusilə Azərbaycandakı qardaşlarıma Türkiyədən paytaxtımız Ankaradan bütün millətim adından təşəkkürlərimi bildirirəm. Bunu bilməyinizi istəyirəm biz Azərbaycanın, biz qardaş Azərbaycan xalqının, qardaşlarımızı sevrik, əl-ələ, çiyin çiyinə dayanaraq İnşallah böyük lider Heydər Əliyevin ifadə etdiyi kimi bizlər iki dövlət tək millət olaraq işıqlı gələcəyə gedəcəyik. Xeyirli olsun.