Keçən həftənin sonunda keçirdiyi əməliyyatdan sonra İstanbuldakı evində dincələn baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya-Hersoqovina Prezident Şurasının üzvü Bakir İzzətbeqoviçlə görüşüb.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi məlumata görə, İzzətbeqoviç Ankaradakı görüşlərindən sonra İstanbula gedərək, baş nazirlə evində görüşüb.
Mətbuata qapalı görüş yarım saat davam edib. Görüşdə Avropa Birliyi naziri Egemen Bağış da iştirak edib.
Görüşün fotoları mətbuata paylanıb.
Bunlar, Ərdoğanın keçirdiyi əməliyyatdan sonrakı ilk fotoları olub.