Ərəb ellərinə məktub - KÖŞƏ

Ərəb ellərinə məktub - KÖŞƏ
Bütün Xəbərlər
11:41 11.01.2013
2036

Əbülfəz ŞeydabekovƏziz ərəb gəncləri

Son iki ildir ki, artıq beynəlxalq mətbuatın dəbə saldığı “ərəb baharı” başlıqlı xəbərləri dünyanın gündəmini işğal etməktədir. Sifarişlə qabardırılaraq aktuallaşdırdıqları “səhrəya bahar gəlib” şüarlı qəzetlərinin köşələrindən artıq on minlərlə şərqli insanın ölümünə bahis olan bu dopingli xəbərlərin arxasında kimlər dayanıb axı?

Ərəb ölkələrindən olan dostlarımla bu mövzuda dəfələrcə söhbətləşib, mübahisə etmişik. Bəzən bizləri ittiham da edirlər ki, biganəsiniz. Qahirə, Dəməşq,Tripoli,Tunis,Yəmən küçələrində olan hadisələrdən bixəbərsiniz.Sizlər elə bilirsiniz ki biz başımızın bəlaları olan diktatorları qovmuşuq və artıq rahatıq.Xeyr elə deyil indi ən böyük problem özlərini “yaşıl ideologiya” demokratları adlandıran başqa radikal,gerici, məzhəb bölücüləri ilə apardığımız keçmiş ilə gələcək mübarizəsidir.Əfsuslar olsun ki, bunu sivil yollarla masa arxasında edə bilmirik.Küçə davaları ilə ədalətə nail olmaq istəyənlər də bir yandan. Sanki bir əl qoymur bizləri bir masa arxasına keçməyə.O vətəndaş-masası ümumiyətlə bu ellərdən 1920 ci illərdə Osmanlı-İngiliz çöl savaşları sonrası itirilmişdir. Sülh? Onu son görən yaşlı nəsil artıq çoxdan əbədiyyətə qovuşub...

İmperialistlərin süni köpüklü -“ərəb baharı” -dalğası nə bəxş etdi əsrlərdir saqqallı mister şeyxlərin 1001 yalanla aldatdığı Şərq xalqlarına? Baharmı gəldi ərəb xalqlarına yoxsa başlarına “qaynar qarmı” yağdırdılar sülhpərvər qatil bombaları ilə sualı məni və bir sıra ərəb dostlarımın müzakirə mövzusu oldu...

Sonucda qədim mədəniyyətin,yazının, bu günkü müasirləşdirdiyimiz texnologiyaların beşiyi olan o torpaqlar niyə al-qan rənginə bürünüb axı...(?)

Burjuvaziyanın qudurğan uşaqlarının babası Santa Claus həqiqətəndəmi havayı “hədiyyələr” paylayır BMT-nin torbasından? Doğrusu inanmaq çox çətindir...bizlərə göylərdən atılan acgöz misterlərin “oyuncaqları” minlərlə uşaqlarımızı yetim,əlil və bu müqəddəs torpaqlarda doğulmağa nifrət etdirir...

İcazə verin sizlərə soyuq 20 yanvarda Bakı küçələrindəki Azadlıq qəhrəmanlarımızdan danışım.

Əziz ərəb gəncləri biz ərəbcə bilməsək də Sizlərin üzləşdiyi problemləri çox yaxşı anlayırıq. Çünkü bizlər Qafqaz və Türküstan elləri də bir müddət Saxta Lenin-Stalin babaları ilə aldadılaraq başımıza gətirmədikləri müsibətlər qalmadı. Soyuq bir gecədə isti yuvalarımızdan vaqonlara doldurulduq. Çeçen,Kırım,Axiska,Azərbaycan ellərindən Sibirin soyuq günəşi altında topluca şəhid olduq. İllərdir yorğunuq qaldıq bizlər də,göydəki aya yox istiqlal düşüncələrimizdəki hilala həsrət vurğunluğu ilə yaşadıq, zindanlarda durğun qaldıq. Ana vətənimiz yolumuzu ağlar gözlədi...”qardaşlıq,birlik,bərabərlik” nəğmələri ilə imperializmin paslı qandalları ilə 70 il ağır-ağır gəzdik. Bu imperiya qandallarını şaxtalı 20 Yanvarda Bakı küçələrində çıxarmağa çalışdıq, üzərimizə tanklar,avtomatlarla gəldi “imperiya qardaşlarımız” ...Hürriyyət sevdamız o dəmir tankları üstələdi. Biz XX əsrin köləlik sisteminə baş qaldırmış xalqız! Azadlıq heç bir xalqa hələ yeni il hədiyyəsi kimi bəxş olunmamışdır. Onun bir can-bədəli vardır. O bədəl Bakıdakı Şəhidlər Xiyabanından əbədiyyət günəşi tək bizlərin qan hafizəsi üstünda daima saçmaqdadır. Bizlərə Azadlığın necə şirin və əziz olduğunu göstərmək üçün minlərlə övladımız canından keçmişdir.

İndi siz ərəb gəncləri müstəqilliyiniz hələ də öz əlinizdə olduğu halda nədir bu məzhəbsəl qardaş qırğını? Məgər 1912 ci illərdə başınıza gətirilən müsibətlər unuduldumu ki həmin müsibəti indi özünüz yüz il sonra 2012 ci ildə yenidən evinizə dəvət edirsiniz?

Görəsən Liviyada,Misirdə,Tunisdə,Yəməndə və Suriyada yaşayan ərəb uşaqlar Yeni-2013 cü ildən səbirsizliklə nəyi gözləyirlər? Yazıq uşaqlar çaşıblar bilmirlər ağ saqqallı kapitalist Santa babaya yoxsa qara saqqallı yerli Santa “Mursilərə” inansınlar...

Səssiz-səssiz ağlayan uşaqların fəryadı bizləri uzaq Azərbaycanda gecələri yatmağa qoymur.Vicdanımızla ölüm qalım mücadiləsi verməkdəyik. Çünkü bu səs Qarabağda, Xocalıda qətlə yetirilən balalarımızın hönkürtüsünə qarışıb...

Allah həm Türk həm Ərəb ellərində nahaq yerə Şəhid edilən hər bir İnsana rəhmət eləsin.

Arzumuz tezliklə ərəb uşaqların böyük qardaşlarının öz aralarında “xeyirxah” obraz maskalarına bürünmüş xain saxta-babaları görmələri və öz aralarında qardaş qanının axıdılmasının bir an öncə dayandırılmasıdır...

Suriya türkməni olan yaxın bir dostumuz artıq iki ildir ailəsinə qovuşa bilmir.Bu gənc yaşda mühacir həyatı yaşayır.Yaxın Şərqdəki ədalətin,vicdanın rəngi nədir görəsən? Imperializm silahının güllələri üzərinə ələvi,sünni,şiə, maroni,kıpti, dürzi yazaraq şərqin tarixinə,əsrlərdən gələn gələnəklərinə atəş açmaqdadır.Ərəb ölkələrinin damarlarını kəsərək axan qanı texnologiyanın neftinə, masalarını bəziyən bahalı şərab,viski ilə doldururlar. Bu cahil, xain, saqqallı şərqli (S)Şaxta Əmilər acəba yeni XXI əsr Kərbəlasını bizlərə niyə nəsib edirlər..681 ci ildən bu bölgənin xalqları yezidlərlə mübarizə aparır. Bu yolun sonu Hürriyyətdir!

“soyuq ərəb baharına son“!

Ərəb ölkələrinə azadlıq günəşi!

Azad ərəb gənclərinə Marhaba!

“cübbəli mafiyaya lənət”!

Nuhun göyərçini hürr ərəb səmalarında tezliklə görünməsi diləkləri ilə.

OXŞAR XƏBƏRLƏR