Əri döydüyü üçün özünü 4- cü mərtəbədən atdı

Əri döydüyü üçün özünü 4- cü mərtəbədən atdı
Bütün Xəbərlər
16:50 30.06.2014
1777
Naxçıvanda intihara cəhd olub.
APA-nın məlumatına görə, hadisə Naxçıvan şəhərində qeydə alınıb.
Fəridə Camalova həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində intihar məqsədilə özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. 
Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ər-arvad arasında düşən davaya F. Camalovanın internetdən istifadə etməsi səbəb olub. Belə ki, həyat yoldaşı F. Camalovanı buna görə vurub.
Ərinin ona əl qaldırmasına dözməyən qadın özünü binadan atıb.
OXŞAR XƏBƏRLƏR