Əri qarpız almadığı üçün başqa kişi ilə qaçdı - Video

Əri qarpız almadığı üçün başqa kişi ilə qaçdı - Video
DÜNYA
17:59 03.12.2019
6247
Türkiyənin ATV kanalında yayımlanan "Esra Erolda” proqramında maraqlı anlar yaşanıb.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, Mehmet Tunçbilek adlı şəxs evdən qaçan 15 illik həyat yoldaşı, iki uşaq anası Makbule Tunçbileyi boşamaq üçün verilişə müraciət edib.

M.Tunçbilek isə proqrama gələrək qaçmağına ərinin ona və uşaqlara baxmamasını səbəb göstərib. Daha sonra onun işlətdiyi ifadələr hər kəsi özündən çıxarıb:

"İki övladımı görməsəm də olar, sevgilim Bayramın iki uşağı var. Mən onların anasıyam. Onları çox sevirəm. Öz uşaqlarımı görmək istəmirəm. Ərim mənə 13 il öncə qarpız alsaydı, evdən qaçmazdım. Bayrama kabab bişirəndə aşiq olmuşam”.

Veriliş zamanı məlum olub ki, Makbulenin qaçdığı şəxs ərinin qohumudur və o, bir kilo ət qarşılığında ailəsini tərk edib.

Bundan başqa, uzun çəkən mübahisələrdən sonra onların boşanması gerçəkləşib. Məhkəmə M.Tunçbileyə həyat yoldaşına maddi-mənəvi 1000 lirə, uşaqları üçün isə aylıq 100 lirə aliment kəsib.
 

OXŞAR XƏBƏRLƏR