Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü - TƏFƏRRÜATLAR

Əri tərəfindən işgəncələrə məruz qalan qadının müəmmalı ölümü - TƏFƏRRÜATLAR
SOSİAL
13:26 11.10.2016
7947
Bərdədə müəmmalı şəkildə dünyasını dəyişən 3 uşaq anasının öldürüldüyü bildirilir 
Zemfira Paşayeva: ""Qız başını götürüb qaçıb yanıma gəlmişdi. Rəşad qızımın qolunda siqaret söndürürdü...”

 

Oktyabrın 3-də Bərdə rayonu Qaradəmirçi kəndində baş vermiş ölüm hadisəsinin təfərrüatı məlum olub. Evdə meyiti tapılan 25 yaşlı Ağdam rayon sakini, 25 yaşlı Quliyeva Gülnar Xurşud qızının ailə üzvlərinin mənzildə olduğu üzə çıxıb.  
Mərhumənin anası Zemfira Paşayeva və zərərçəkənin vəkili Rafiq Məmmədov üç uşaq anası olan Gülnar Quliyevanın intihar etməsi iddiası ilə razılaşmırlar.
Gülnar həyat yoldaşı Həsənov Rəşad Məmmədhüseyn oğlu ilə toyda tanış olublar. Onlar evlənəndə Gülnarın 17 yaşı olub. Həm o, həm də Rəşad orta təhsillidirlər. 
Z.Paşayeva deyir ki, hazırda 32 yaşı olan kürəkəni fermada işləyir. Ailənin dolanışığı pis olmayıb, özü də qızının ailəsinə köməklik göstərib.

Vəkil R.Məmmədov deyir ki, ölümündən sonra Gülnarın çəkilmiş şəkillərindən onun dərman içib intihar etdiyi deyil, boğularaq öldürüldüyü aydın görünür: "Nəşin üzərində zorakılıq halları var.  Rəşad mənimlə söhbətində dedi ki, Gülnardan onu sevib-sevmədiyini soruşub. Gülnar isə sevmədiyini bildirib. Ölüm hadisəsi zamanı Rəşad evdə olub. Əgər Gülnar özünü öldürübsə, həyat yoldaşı niyə təcili tibbi yardıma, polisə məlumat verməyib?
Maraqlıdır ki, hadisə yerinə polis və prokurorluq əməkdaşları vaxtında gəlməyiblər. Gülnarın nəşi dəfn üçün qəbirsatanlığa aparılarkən tibbi ekspertizaya aparılıb”.
Z.Paşayeva qızının öldürülməsi iddiası ilə bağlı Baş Prokurorluğa şikayət edib. Zərərçəkən Rəşadla bağlı həbs qəti-imkan tədbirinin seçilməsini tələb edirlər. Hüquq-mühafizə orqanları tibbi ekspertizanın nəticəsini gözləməyi bildirib. Ekspertizanın rəyinin isə üç ay ərzində məlum olacağı deyilib. 

"Əgər zərərçəkən ekspertizanın rəyilə razı olmayıb şikayət etsə, onun dərman içib ölməsi, ya da boğub öldürülməsi ilə bağlı iddialar öz təsdiqini tapmasında çətinlik yaranacaq. Tibbi ekspertizanın rəyi tezləşdirilməlidir”,-deyə vəkil bildirib. 

Z.Paşayevanın sözlərinə görə, qızı ilə kürəkəninin münasibətində son aylar gərginlik müşahidə olunub. Kürəkəni qızına gün verib işıq verməyib. Gülnarı döyüb, işgəncə verib.
"Qız başını götürüb qaçıb yanıma gəlmişdi. Rəşad qızımın qolunda siqaret söndürürdü. Gəlib üzr istədi, peşmanlıq hissi keçirdiyini və Gülnardan ayrılmaq istəmədiyini deyirdi.  Hətta Gülnar işgəncələrdən boğaza yığılıb məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Gülnar ailəsinin dağılmasını istəmədiyi üçün ərizəsini geri götürdü”,-deyə Z.Paşayeva bildirib.
Zərərçəkmişin sözlərinə görə, yas mərasimi Ağdam rayonunda olub. Nə Rəşad, nə də onun yaxınları yas mərasimində iştirak etməyiblər.

"Qızımın üç yadigarı olan övladları Aysel, Aysun və Ceyhun övladları mənimlə qalırlar. Onlar məktbəlidirlər. Onun taleyi bizi narahat edir. Əgər ölüm hadisəsi ədalətli araşdırılmasa, Rəşad cəzasını almasa, uşaqları Bərdə rayon Prokurorluğunun binasına qoyub, özüm isə binanın qarşısında yandıaracam”,-deyə Z.Paşayeva bildirib.  

Vəkil ailənin kirayədə qaldığı ev sahibləri və qonşularla söhbət etdiyini bildirir. Onlar ölüm hadisəsindən gec xəbər tutduqlarını, Rəşadın evdə olduğunu görüblər. Amma Gülnarın valideyni və yaxınları hadisə yerinə gələrkən Rəşad evi tərk edib.

Bərdə rayon Prokurorluğunun müstəntiqi Allahverdi Abuzərov "Bizim Yol”-a bildirib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır: "Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. G.Quliyevanın həyat yoldaşı Rəşad Həsənovun ifadəsi alınıb. Tərəfimizdən ölüm işi ilə bağlı təhqiqat aparılır”.

R.Həsənovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onun telefon nömrəsinə zəng çatmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR