Əri vaxtı dəyişdi, özü öldü - Bileti eyni almışdılar - FOTO

Əri vaxtı dəyişdi, özü öldü - Bileti eyni almışdılar - FOTO
DÜNYA
17:37 06.02.2020
6106
Ötən gün İstanbulda sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan şəxslərin adları müəyyənləşib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurtdur.

Dünyasını dəyişən Z. Koçarın KİV və sosial şəbəkələrdə fotoları yayılıb.

Məlum olub ki, 30 yaşlı Koçar diş həkimi kimi fəaliyyət göstərib. O, 7 ay öncə ailə qurduğu Gökhan Koçarla birlikdə fevralın 5-i üçün təyyarəyə bilet alıb. Lakin Ticarət Nazirliyində müfəttiş işləyən əri son anda başqa işi çıxdığına görə biletini ləğv etdirərək daha tez-fevralın 2-də İstanbula gedib. 

Xatırladaq ki, "Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəstəxanalıq olub.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR