Ərini başqa kişiylə aldadan Təranə Qumral bu gün 'Ümid var'a çıxacaq

MAQAZİN
16:10 15.04.2013
20110
Musa Musayevlə Təranə Qumralın boşanması bu gün ən çox müzakirə olunan məsələlərdəndir. 
AZXEBER.COM-un məlumatına görə, Musa Musayev bu haqda mətbuata açıqlama verib və Təranəni biabır edib: “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum.Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib”, - deyə açıqlama verən M.Musayev həyatının uzun illərini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə etdi:“Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə, Təranə q...ə imiş. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.AZXEBER.COM-un məlumatına görə, Təranə Qumral bütün bu ittihamlara bu gün saat 17:00-da ATV-də yayımlanacaq olan "Ümid var" verilişində cavab verəcək. Xanım müğənni Zaur Baxşəliyev aparıcısı olduğu verilişə qatılacaq. 

OXŞAR XƏBƏRLƏR