Noyabrın 2-də Gədəbəydə ərini öldürən qadın yaxalanıb.Rayon prokurorluğundan bildirilib ki, rayonunun Sovetabad kənd sakini, 1984-cü il təvəllüdlü Quliyeva Naibə Sabir qızı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Axundov Maksim Bayram oğlunu qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.Məlumata görə, 28 yaşlı qadın Düzyurd kəndində yaşayan nənəsi Telli Quliyevanın evində qısqanclıq zəminində əri Maksim Axundovu bıçaqlayıb. O, 30 yaşlı həyat yoldaşının ürək nahiyəsinə bir zərbə endirib. Daha sonra gərgin psixoloji vəziyyətdə olan qadın ərazidən uzaqlaşıb. Lakin N.Quliyeva sonradan polis şöbəsinə gələrək təslim olub.