Türkiyənin Adana şəhərində 31 yaşlı qadın iki uşağı ilə birlikdə intihara cəhd edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı Aysel D. 16 il öncə evləndiyi ərinin onu başqa bir qadınla aldatdığını öyrənəndən sonra intihara cəhd edib.
Ərinə dəfələrlə sevgilisi ilə münasibətlərinə son qoymasını tələb edən qadın sonda çıxış yolunu intiharda görüb. O, 14 yaşlı oğlu və 10 yaşlı qızı ilə birlikdə Seyran çayı üzərindəki “Girne” körpüsününü üstünə çıxıb.
Ətrafdakı vətəndaşların müdaxiləsinə baxmayaraq, qadın son ana qədər ərinin gəlməsinə tələb edib. Ərinə “mən ondan daha gözələm, onun məndən üstünlüyü nədir?” deyə sual verən qadın son anda polisin müdaxiləsi ilə xilas edilib.
Qadın və uşaqları ilkin tibbi yardım almaq üçün xəstəxanaya göndəriliblər.