Ərinin qırmancla döydüyü Əfsanə sığınacağa sığındı

SOSİAL
17:53 24.01.2020
4897
"Ərim hər gün məni, uşaqlarımı döyür. Gözüm göy, bədənimdə yaralarla bayıra çıxa bilmirəm. Tövləyə gedib mal sağıram, evə gəlib döyülürəm. Səhəri gün ayağa durmağa halım olmur”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri "Səni axtarıram” verilişinə müraciət edən Quba rayonu Dalğayı kənd sakini 27 yaşlı Əfsanə deyib. 3 uşaq anası olan Əfsanə zorakılıq gördüyü üçün 17 yanvar tarixində övladları ilə birlikdə evi tərk edib:

"Anama döyüldüyümü söyləyirəm, deyir, qız ərə gedibsə, ər evində ölməlidir. Ərim qısqancdı, bayıra çıxmağa qoymur. Su gətirməyə getməyə qoymur, sonra su gətirməmişəm deyə döyür. Qırmancla, ağacla döyülürəm. 10 ildir dözürəm, bundan artığına halım, qüvvəm yoxdur”. 

Verilişə qonaq olan Əfsanənin əri Səxavət etdiyi əməli boynuna alaraq canlı efirdə yoldaşını at qırmancı ilə döydüyünü qeyd edib:

"Söz qaytarıb, mən də vurmuşam. Ona neçə dəfə demişəm, əsəbiləşdirməsin məni. Vuraram, sən ölüb gedərsən, mən də həbsə”. 

Verilişdə bildirilib ki, uşaqlardan birinin 8, digərinin isə 9 yaşı olsa da, məktəbə getmir. Onların adı Zıxır kənd orta məktəbində qeydiyyatdadır. 

Əfsanə son olaraq ərinə güvənmədiyi üçün sığınacaqda qalacağını, anası ilə getmək istəmədiyini deyib. Əgər əri müalicə alsa, içkini atsa, uşaqlarının xətrinə evə qayıdacağını bildirib. 

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, Əfsanə hələ ki, onların sığınacağında qalacaq:

"Hələ ki, bizim yanımızdadır. Qadına qarşı şiddətin ən azı bir inzibati cəzası var. Mən ailələrin dağılmağının heç vaxt tərəfdarı olmamışam. Hər dəfə sığınacağa da yerləşən qadınlar "boşanmaq istəyirəm"- deyəndə səbrli olmağı, daha yaxşı düşünməyi tövsiyə etmişəm. Nəticədə barışıblar,ailələrinə dönüblər.

Ancaq Əfsanənin hadisəsində "tərəfdar" olmaqdan qorxuram. Anası və balaları ilə yanımdadırlar. Xeyli söhbət etdik. Adım kimi əminəm ki, Əfsanənin anası onu geri göndərmək üçün böyük mücadilələr edəcək. Haqq verə bilməsəm də bu barışığa çox təəssüf ki, bəzi reallıqlar var.

Şüurlar "yuyulmalıdır" cəmiyyətdə. "Neçəbaşlı" qohumluqlar var bu tayfanın içində, daha bir neçə ailənin içinə nifaq salarsa, bundan karlı heç kim çıxmaz. Əfsanə isə əzabsız yaşamaq, uşaqlarını oxutmaq istəyir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:06 30.09.2020

“Səhliyalı”dan orduya dəstək - 5000 kolbasa, 2 ton qablaşdırılmış su göndərdi

12:02 30.09.2020

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur – Ermənistanla bağlı qeyd-şərt qoyuldu

11:57 30.09.2020

Deputat: “İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”

11:56 30.09.2020

Makron Qarabağdakı vəziyyəti Tramp və Putinlə müzakirə edəcək

11:48 30.09.2020

Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir - RƏSMİ

11:46 30.09.2020

Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutdu

11:41 30.09.2020

Elçin Əmirbəyov “France24”ün efirində Ermənistan təxribatı ilə bağlı danışdı

11:37 30.09.2020

Sahibə Qafarova: “Prezident və xalqın sarsılmaz birliyi Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”

11:28 30.09.2020

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

11:21 30.09.2020

İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı - VİDEO

10:57 30.09.2020

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

10:53 30.09.2020

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin - Adları

10:50 30.09.2020

Xoyskinin nəvəsi: “Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”

10:24 30.09.2020

Müdafiə Nazirliyi: Ağdərədə düşmən qruplaşması mühasirəyə alınıb

10:20 30.09.2020

Albaniyanın ilk Prezidenti Azərbaycanı dəstəklədi

10:15 30.09.2020

"Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir"

X Mostbet