Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO

Erkən nikahı gizlətmək üçün mediaya hücum etdilər – Komitə rəsmisindən ÇAĞIRIŞ - FOTO
SOSİAL
00:27 08.08.2026
936
Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir.

AZXEBER.COM xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyə cəlb olunmasına cəhd edilməsi ilə bağlı daxil olan məlumat əsasında aidiyyəti qurumlar operativ tədbirlər həyata keçirib.

Belə ki, araşdırma nəticəsində qızın 17 yaşında olduğu müəyyən edilib və planlaşdırılan toy mərasimi təxirə salınıb:

"Təəssüf doğuran məqamlardan biri isə öz övladının hüquqlarını pozmağa çalışan şəxslərin bu halı işıqlandıran media nümayəndələrinə qarşı aqressiv davranması, onların çəkiliş aparmasına mane olması və kameralarına müdaxilə etməsidir. Media əməkdaşlarına qarşı zorakı davranış nə baş verənləri dəyişir, nə də qanun qarşısında məsuliyyəti aradan qaldırır. Əksinə, bu cür hərəkətlər hüquqi məsuliyyəti daha da ağırlaşdıra bilər".

Komitə rəsmisi valideynlərə müraciət edib:

"Valideynlər unutmamalıdırlar ki, övladı vaxtından əvvəl ailə qurmağa məcbur etmək ona xoşbəxt gələcək qazandırmır. Əksinə, onun təhsil almaq, inkişaf etmək, peşə sahibi olmaq və müstəqil həyat qurmaq imkanlarını əlindən alır. Erkən evlilik qız uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün ciddi risklər yaradır, onların həyatını və gələcəyini təhlükə altına qoyur.

Övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyə erkən evlilik deyil, keyfiyyətli təhsil, təhlükəsiz mühit və seçim hüququdur. Unutmayaq ki, Azərbaycan qanunvericiliyinə əsasən nikaha daxilolma yaşı 18-dir və bu tələbin məqsədi uşaqların hüquq və mənafelərini qorumaqdır. Gəlin, övladlarımızın gələcəyini qorumaq üçün birlikdə məsuliyyətli olaq".

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Paşinyanı qəbul etdi
02:32 24.09.2026
Ərdoğan Paşinyanı qəbul etdi
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO