Erkin Qədirlidən Azərbaycan müxalifəti əleyhinə sərt sözlər

Erkin Qədirlidən Azərbaycan müxalifəti əleyhinə sərt sözlər
SİYASƏT
16:30 22.08.2013
2117

REAL hərəkatının həmtəsisçisi Erkin Qədirli Milli Şuranın böhranlı vəziyyətə düşməsinin səbəblərini göstərib.

AZXEBER.COM xəbər verir ki, o, Milli Şuranın yaradılma prinsiplərinin düzgün olmadığı haqda qənaətlərini özünün “Facebook” statusunda bölüşüb.E.Qədirli Milli Şuranın yaradılması prosesində REAL hərəkatının irəli sürdüyü, amma qəbul edilməyən təkliflərini bəndlər üzrə sıralayıb:Hüquqşünas bildirib ki, müxalifət seçkidə heç nəzəri şansı belə olmayan Rüstəm İbrahimbəyovu dəstəkləyib. O daha sonra aşağıdakı arqumentlərlə müxalifəti sərt tənqid edib: -  “Çevrəni daraldaq, sağlam nüvə quraq” dedik, “geniş koalisiya lazımdır” dedilər. Nəticədə, ən sadə məsələdə 43-42 nisbətində qərar qəbul edəcək hala düşdülər.-  “İdeoloji təməl quraq, onun üzərində siyasi proqram yaradaq” dedik, “ideoloji mübahisələrin zamanı hələ gəlməyib, rejimi dəyişək, sonra bu məsələyə gələrik” dedilər. Nəticədə, avro-inteqrasiya kimi aydın məsələdə qərar qəbul edə bilmədilər, referenduma saxladılar (bəhanə).-  “İdeoloji təməl üzərində vahid komanda yaradaq” dedik, “öldürülməmiş ayının dərisini bölmək istəyirsiniz” dedilər. Nəticədə, heç vahid namizədi seçə bilmirlər, nəinki komandanı.-  “Qırmızı xəttləri cizək, yəni, nə edəcəyimizi deyil, nələri etməyəcəyimizi müəyyən edək” dedik, “onda tərəfdar toplaya bilməyəcəyik, dəstək gəlməyəcək” dedilər. Nəticədə, özlərinə ən yaxın çevrələrdən, hətta öz içlərindən təpki almağa başladılar.-  “İqtidardan incimək - mövqe deyil, incimişləri iqtidar həlledici məqamda tərəfinə çəkə biləcək” dedik, “kompromisə getməsək, bu iş tutmaz” dedilər. Nəticədə, yanlış adamlarla komrpomisə gedildiyi hamıya bəlli oldu.-  “Sizə sual vermədən qoşulanlardan şübhələnin” dedik, “özünüzü hamıdan ağıllı hesab edirsiniz” dedilər. Nəticədə, bugünlük sualsız birləşib, özlərinin siyasi gələcəyi haqqında böyük bir sual yaratdılar”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq