Amerika Milli Basketbol Assosiasiyasının (MBA) ulduzu Kobi Brayant Türkiyənin "Türk Hava Yolları" (THY) aviaşirkətinin qlobal miqyasda reklam siması olması ilə bağlı müqavilə imzalayıb. Bu isə Los-Anceles şəhəri başda olmaqla, ABŞ-ın digər yerlərində yaşayan erməniləri qəzəbləndirib.
Erməni Gənclər Federasiyası "Los Anceles Leykers" klubunun ulduz basketbolçusunun THY ilə anlaşması və 2 illik müqavilə imzalamasını "düşünülməmiş addım" adlandırıb: "Brayantdan bu anlaşmanı dərhal ləğv etməsini istəyirik".
Ermənilər Brayantdan qondarma "erməni soyqırım"ını dəstəkləməyi və bununla bağlı olaraq THY ilə işbirliyindən geri çəkilməsini istəyirlər.
Amerika Erməni Milli Komitəsinin (ANCA) prezidenti Aram Hamparyan isə Brayantın "yanlış yoldan çəkilməsi"ni arzuladıqlarını vuruğlayıb.
"Kaliforniya ştatında 600-700 min erməni yaşayır və onların çoxu da Los-Anceles şəhərindədir. Həmin ermənilərin tam əksəriyyəti "Los-Anceles Leykers" azarkeşləridir. Hər halda indiyədək belə idi", - Hamparyan söyləyib. //milli.az