Gorusda yerləşən hərbi hissələrdən birində baş vermiş insident nəticəsində yaralanmış 1 hərbçi hospitala yerləşdirilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi David Karapetyan bunu «bütün dünya ölkələrinin ordusunda tez-tez baş verən hadisə» adlandırıb. O, iddia edib ki, insident «sadəcə, hərbçilərdən birinin silahdan istifadə zamanı təhlükəsizlik qaydasına əməl etməməsi üzündən» baş verib.